Torbinski Azərbaycanla oyunu buraxa bilər

XƏBƏR 25 Mart 2009 / 13:41 2226
-  A +

“Arşavinin hazırkı durumu yaxşıdır və o, şənbə günü meydançaya çıxa biləcək. Artıq ona lazım olan bütün tibbi müayinələr göstərili və hücumçunun ayağındakı ağrılar onu incitmir”. Qol.Az-ın məlumatına görə, bu sözləri Rusiya milli komandasının həkimi Anton Lisin İngiltərə Premyer Liqasının növbəti turu çərçivəsində ayağından zədə alan Andrey Arşavinin durumunu dəyərləndirərkən deyib. Lisin qızdırmadan əziyyət çəkən daha bir futbolçu - Dmitri Torbinskinin də durumuna da aydınlıq gətirib: “Dmitrinin hərarəti ötən gün xeyli yüksəlmişdi. Bu mənada, onun sağlamlığı ilə risk etmək istəmədik və o, millinin məşqinə qatılmadı. Hazırkı vəziyyətdə onun Azərbaycana qarşı oynayacağına dair proqnoz verə bilmərəm. Çünki bu futbolçunun meydanşaya çıxması hələ tezdir”

 


Son xəbərlər