Olimpiya və dünya çempionları futbolçularla görüşdülər

XƏBƏR 25 Mart 2009 / 13:19 2266
-  A +

AFFA və milli komanda rəhbərliyinin dəvətinə əsasən olimpiya çempionu Namiq Abdullayev, Pekin olimpiyadasının gümüş mükafatçısı, Avropa çempionu Vitali Rəhimov və olimpiya kateqoriyalı hakim, əməkdar məşqçi Hicran Şərifov millimizin üzvləri ilə görüşüblər. AFFA-nın rəsmi saytının məlumatına görə, çempionlar futbol üzrə milli komandamıza da qarşıdakı oyunlarda yüksək əzmkarlıq və uğur arzulayıblar.
Qazandığı yüksək nailiyyətlər barədə futbolçulara ətraflı məlumat verən idmançılar öz üzərlərində daim çalışdıqlarını bildiriblər. “Peşəkar idmançı meydana həmişə qələbə əzmi ilə çıxmaq üçün daim məşq etməlidir. Çünki o meydanda özünü deyil, xalqını təmsil edir”.
Gənclər və İdman Nazirliyinin nümayəndəsi Tofiq Eyvazovun da iştirak ediyi görüşün mühüm əhəmiyyət kəsb etdiyini deyən milli komandanın baş məşqçisi Berti Foqts idmançılara bir sıra suallar verərək onların fikirlərini öyrənib və bunun futbolçularda oyunqabağı ruh yüksəkliyinin artırılmasına müsbət təsir etdiyini bildirib.

 


Son xəbərlər