Sergey Semak: “Azərbaycan öz meydanında qrup liderlərindən xal alacaq”

XƏBƏR 24 Mart 2009 / 18:24 2479
-  A +

“Azərbaycan futbolu haqda elə də geniş məlumatım yoxdur. Düzdür, futbolçuları tanımıram, amma komandanın baş məşqçisi haqda məlumatım var”. Qol.Az-ın məlumatına Sports.ru saytına istinadən verdiyi məlumata görə, bu sözləri martın 28-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində milli komandamızla qarşılaşacaq Rusiya millisinin üzvü Sergey Semak deyib. Semak milli komandamız haqda xoş sözləri söyləyib: “Azərbaycan millisi yaxşı komandadır. Xüsusən də evdə yaxşı oynayırlar. Tam əminliklə deyə bilərəm ki, onlar öz meydanlarında qrup liderlərindən xal alacaqlar. Düzdür, öz meydanımızda oynadığımızdan martın 28-dəki matçda favorit bizik. Amma hər hansı bir təsadüf, erkən buraxacağımız qol Azərbaycan millisinə şans verə bilər. Təbii ki, hər bir komandada nisbətən zəif kollektivlərlər oyuna lazımınca köklənə bilməmək problemi var. Amma düşünmürəm ki, bizim komandadan hansısa futbolçu Azərbaycan millisiylə oyuna qeyri-ciddi yanaşsın. Çünki Azərbaycan millisi güclü rəqibdir və biz də bu oyunu mütləq udmalıyıq”.   

 


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"