Qus Hiddink: “Azərbaycanla oyun öncəsi futbolçuların yaxşı formada olması məni sevindirir”

XƏBƏR 24 Mart 2009 / 17:40 2207
-  A +

Martın 28-də dünya çempionatının seçmə mərhələsində milli komandamızla qarşılaşacaq Rusiya millisinin baş məşqçisi Qus Hiddink artıq komandanın məskunlaşdığı “Marriot Qrand Hotel”ə gəlib və orada jurnalistlərin sullarının cavablandırmağa imkan tapıb. Qol.Az-ın championat.ru saytına istinadən verdiyi məlumata görə, hollandiyalı mütəxəssis qarşıdakı matç haqda bunları deyib: “İlk növbədə şadam ki, milli komandanın bütün üzvləri hazırda yaxşı formadadırlar. Bu da məni sevindirir. Mən bildiyim qədər, futbolçulardan heç kim zədəli deyil. Əminəm ki, futbolçular Azərbaycan və Lixtenşteynlə oyunlara ciddi yanaşacaqlar. O ki qaldı, Andrey Arşavinə, o çox güclü fubtolçudur. Sevinirəm ki, İngiltərəyə belə tez uyğunlaşa bildi”. 


Son xəbərlər