Futbol şərhçisindən bugünkü oyunların icmalı və təxmini

ETOPAZ 19 Oktyabr 2011 / 13:51 3405
-  A +

"Topaz"ın təqdim etdiyi kuponu bu dəfə futbol şərhçisi Asif Bağırov hazırlayıb.

Futbol mütəxəssisi Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində bu axşam keçiriləcək oyunlar haqda proqnoz verib.


Asif Bağırov - futbol şərhçisi

“Portu” – “Apoel”
Avroliqanın son qalibi "Portu" "Apoel"ə “yerini göstərməlidir”. Mövsümün sürprizi 2 turdan sonra liderliyi ələ alıb. "Portu" isə bu oyunda qalib gəlməklə ilk pilləyə qalxa bilər. Bunun üçün onlara “Estadio Draqao”nun mükəmməl atmosferi kömək etməlidir.

“Şaxtyor Donetsk” – “Zenit”
"Şaxtyor" da turnirə yaxşı başlamayıb. Ötən mövsüm ¼ finala kimi irəliləmiş komanda, hazırda cədvəlin “zirzəmisi”ndə qərarlaşıb. Odur ki, Mirça Luçeskunun yetirmələri bütün oyunlara qələbə əzmi ilə çıxmalıdırlar. "Zenit" çətin rəqib olduğundan hücumların ilk dəqiqələrdən bəhrə verəcəyini gözləmək olar. Əks halda vaxt keçdikcə "Şaxtyor" tələsəcək, "Zenit"in əks-hücumları üçün şərait yaranacaq.

“Topaz”




Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı