Çempionlar Liqası: Ukraynada qalib müəyyənləşmədi, "Çelsi"dən darmadağın

Çempionlar Liqası: Ukraynada qalib müəyyənləşmədi, "Çelsi"dən darmadağın
DÜNYA FUTBOLU 20 Oktyabr 2011 / 01:36 5964
-  A +

Bu axşam Çempionlar Liqasının qrup mərhələsinin III turunda növbəti görüşlər keçirilib. Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha 8 qarşılaşma baş tutub.

E qrupunda “Bayer” (Leverkuzen) klubu doğma azarkeşləri önündə “Valensiya”nı qəbul edib. Aktivində 3 xalı olan “Bayer”i bu görüşdə yalnız qələbə qane edirdi. Meydan sahibləri ilk hissədə hesabda geri düşsələr də fasilədən sonra oyuna dönüş yarada biliblər - 2:1. Qrupun digər matçında isə “Çelsi” Londonda Belçika “Genk”i darmadağın edib - 5:0.

F qrupunda isə “Marsel” öz meydanında “Arsenal”ı sınağa çəkib. Hazırda qrup lideri olan “Marsel”ə bu görüşdə heç-heçə də sərf edirdi. Lakin “Arsenal”ın son dəqiqələrdə vurduğu qol "Marsel"in bu istəyini gözündə qoyub. Qrupun digər oyununda isə “Olimpiakos” və “Borussiya” klubları üz-üzə gəlib. Bu görüş isə meydan sahiblərinin 3:1-lik qələbəsi ilə başa çatıb.

G qrupunun maraq doğuran qarşılaşması isə Ukraynada baş tutub. Burada yerli “Şaxtyor” klubu Rusiya “Zenit”ini qəbul edib. Aktivində cəmi 1 xalı olan “Şaxtyor” bu görüşdə mütləq qələbə qazanmalı idi. Lakin tərəflərin səylərinə baxmayaraq, oyunda qalib müəyyənləşməyib - 2:2.  Qrupun digər görüşündə isə “Portu” hələ məğlub olmayan Kipr APOEL-i ilə qarşılaşıb. APOEL bu oyunda da məğlub olmayıb - 1:1.

H qrupunda isə “Milan” doğma azarkeşləri önündə ikinci matçına çıxıb. Hazırda 4 xalla qrupa başçılıq edən “Milan” “Barselona”nı irəli buraxmamaq üçün bu görüşdə mütləq qələbə qazanmalı idi. Görüş "Milan"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qrupun digər matçında isə “Barselona” və “Viktoriya” klubları münasibətlərinə aydınlıq gətiriblər. Bu oyunda da eyni hesab qeydə alınıb - 2:0.

 

19 oktyabr

Çempionlar Liqasının qrup mərhələsinin III turunun oyunları


E qrupu

23:45. “Bayer” (Almaniya) – “Valensiya” (İspaniya) - 2:1
Qollar: Jonas, 25 (0:1), Schurrle, 52 (1:1) Sam, 56 (2:1)

23:45. “Çelsi” (İngiltərə) – “Genk” (Belçika) - 5:0
Qollar: Meireles, 8 (1:0), Torres, 11 (2:0), Torres, 27 (3:0), İvanoviç, 42 (4:0), Kalou, 72 (5:0)


Y

Komandalar

O

Q

H

M

Xal

1.

Çelsi”

3

2

1

0

7

2.

Bayer” (Leverkuzen)

3

2

0

1

6

3.

Valensiya”

3

0

2

1

2

4.

Genk”

3

0

1

2

1



F qrupu

23:45. “Olimpiakos” (Yunanıstan) – “Borussiya” (Almaniya)- 3:1
Qollar: Holebas, 8 (1:0), Levandovski, 26 (1:1) Djebbur , 40 (2:1), Modesto, 79 (3:1)

23:45. “Marsel” (Fransa) – “Arsenal” (İngiltərə) - 0:1
Qol:
Ramsey, 90 (0:1)


Y

Komandalar

O

Q

H

M

Xaı

1.

“Arsenal

3

2

1

0

7

2.

“Marsel

3

2

0

1

6

3.

"Olimpiakos"

3

1

0

2

3

4.

Borussiya” (Dortmund)

3

0

1

2

1




G qrupu

23:45. “Portu” (Portuqaliya) – APOEL (Kipr) - 1:1
Qollar: Halk, 13 (1:0), Almeida, 19 (1:1)

23:45. “Şaxtyor” (Ukrayna) – “Zenit" (Rusiya) - 2:2
Qollar: Villian, 15 (1:0), Şirokov, 33 (1:1) Luis Adriano, 45 (2:1), Fayzulin, 60 (2:2)


Y

Komandalar

O

Q

H

M

Xal

1.

APOEL

3

1

2

0

5

2.

Zenit” (Peterburq)

3

1

1

1

4

3.

Portu”

3

1

1

1

4

4.

“Şaxtyor” (Donetsk)

3

0

2

1

2




H qrupu

23:45. “Milan” (İtaliya) – BATE (Belarus) - 2:0
Qollar: Zlatan İbrahimoviç, 33 (1:0), Boatenq, 70 (2:0)

23:45. “Barselona” (İspaniya) – “Viktoriya” (Çexiya) - 2:0
Qollar: İniyesta, 10 (1:0), Vilya, 82 (2:0)


Y

Komandalar

O

Q

H

M

Xal

1.

Milan”

3

2

1

0

7

2.

Barselona”

3

2

1

0

7

3.

 BATE

3

0

1

2

1

4.

“Viktoriya” (Plzen)

3

0

1

2

1




18 oktyabr


A qrupu

“Napoli” (İtaliya) – “Bavariya” (Almaniya) - 1:1
Qollar: Kroos, 2 (0:1), Badştuber, 39-avtoqol (1:1)

“Mançester Siti” (İngiltərə) – “Vilyareal” (İspaniya) - 2:1
Qollar: Kani, 4 (0:1), Marçena, 43-avtoqol (1:1), Aquero, 90 (2:1)



B qrupu

CSKA (Rusiya) – “Trabzonspor” (Türkiyə) - 3:0
Qollar:
Dumbia, 29 (1:0), 86 (3:0), Kauna, 76 (2:0)

“Lill” (Fransa) – “İnter” (İtaliya) - 0:1
Qol:
Pazzini, 21 (0:1)



C qrupu

“Otselul” (Rumıniya) – “Mançester Yunayted” (İngiltərə) - 0:2
Qollar:
Runi, 64-pen (0:1), 90-pen (0:2)

“Bazel” (İsveçrə) – “Benfika” (Portuqaliya) - 0:2
Qollar:
Sezar, 20 (0:1), Kardozo, 75 (0:2)

 

D qrupu

“Real” (İsraniya) – “Lion” (Fransa) - 4:0
Qollar:
Benzema, 19 (1:0), Xedira, 48 (2:0), Özil, 55 (3:0), Ramos, 81 (4:0)

“Dinamo” (Xorvatiya) – “Ayaks” (Hollandiya) - 0:2
Qollar:
Boerriqter, 49 (0:1), Erikson, 90 (0:2)


Son xəbərlər