"Bakı" çempionluğu qeyd etdi

XƏBƏR 24 Mart 2009 / 15:37 2292
-  A +

Bir neçə gün əvvəl 17 yaşlılardan ibarət komandalar arasında "Paytaxt kuboku"nu qazanan "Bakı" bu məqsədlə tədbir keçirib. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, tədbirdə futbolçularla yanaşı klubun baş meneceri Zeynal Məmmədov, icraçı direktor Yaşar Seyidov, uşaq futbolu üzrə baş koordintor Yüksel Kepoğlu, baş koordinator Akif Özakyol, əvəzedici komandanın baş məşqçisi Nazim Süleymanov və 17 yaşlılardan ibarət komandanın baş məşqçisi Məqsəd Yaqubəliyevlə yanaşı digər məşqçilər də iştirak edib. Tədbirdə baş menecer Zeynal Məmmədov futbolçuları qələbə münasibəti ilə təbrik edərək, onlara gələcəkdə daha da böyük uğurlara imza atmağı arzulayıb.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı