Futbol şərhçisindən bugünkü oyunlara proqnoz

ETOPAZ 18 Oktyabr 2011 / 15:30 40075
-  A +

"Topaz"ın təqdim etdiyi kuponu bu dəfə futbol şərhçisi Doktor Ziya hazırlayıb.

Futbol mütəxəssisi Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində bu axşam keçiriləcək oyunlar haqda proqnoz verib.


Doktor Ziya - futbol şərhçisi

"Napoli" - "Bavariya"

AÇ-2012-nin seçmə mərhələsində Almaniya ilə iki dəfə qarşılaşan Azərbaycan yığması qapıçı Manuel Noyeri hər oyunda məyus edə bilib. Nəyə görə mən bunu deyirəm?

Ona görə ki, Noyer “Bayern”in heyətində Bundesliqa və Çempionlar Liqası çərçivəsində artıq 12 matçdır qol buraxmır! Mistika!

Düşünürəm ki, Napoli başda Kavani, Lavessi və Hamşik olmaqla buna son qoymalıdır. Məsləhət gördüyüm variant: Qol/Qol (hər iki komanda qol vuracaq)!

Əgər italyan klubu məqsədinə çatmasa, onda qoy Vaqif Cavadovla Murad Hüseynovu təcili transfer etsinlər.


"Topaz"




Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı