AFFA klubları cərimələdi

XƏBƏR 24 Mart 2009 / 14:21 2249
-  A +

AFFA Nizam-İntizam Komitəsinin növbəti iclası keçirilib. PFL-in rəsmi saytının verdiyi məlumata görə, premyer-liqanın son turunda keçirilmiş “Qəbələ" - "Karvan" matçının 90-cı dəqiqəsində "Karvan"ın üzvü Ernani Pereyrayla “Qəbələ"nin futbolçusu Azər Həşimov bir-birini vurduğuna və birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 oyunluq, klublar isə iki min manat cərimə olunublar. Eyni cəzaya "Standard"ın məşqçisi Elçin Həsənov da məruz qalıb. O texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırılıb və nəticədə komandası iki min manat cərimə olunub. “İnter” isə min manat ziyana düşüb. Komandanın 5 futbolçusunun “Turan”la oyunda sarı vərəqə alması buna səbəb olub.

 

 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı