"Sion" yenə UEFA-nı çətin vəziyyətə saldı

"Sion" yenə UEFA-nı çətin vəziyyətə saldı
DÜNYA FUTBOLU 18 Oktyabr 2011 / 00:44 2319
-  A +

UEFA İsveçrə məhkəməsinin Avropa Liqasından xaric edilən "Sion" klubunun yenidən adı çəkilən turnirə qaytarılması ilə bağlı tələbinə cavab verib.

Qol.Az-ın məlumatına görə, UEFA İsveçrənin "Sion" klubunu Avropa Liqasına qaytarılmasında 3 ehtimalın olduğunu açıqlayıb.

1. "Seltik" klubunun İ qrupunda keçirdiyi bütün oyunların ləğv edilməsi və "Sion"un da həmin qrupa daxil edilərək 5 komandadan ibarət yeni mərhələyə start verilməsi

2. "Sion"un yenidən İ qrupuna daxil edilməsi, lakin bu günədək keçirilən matçların ləğv edilməməsi nəzərdə tutulur. Əlavə görüşlərin isə noyabr və fevral aylarına qədər olan dönəmdə oynanılması

3. "Sion"un qrup mərhələsindən sonra birbaşa 32 komanda arasında yer alması

Ehtimallardan da görünür ki, UEFA "Sion"nun yerinə Avroliqaya daxil etdiyi "Seltik"i turnirdən çıxarmaq niyyətində deyil. Ancaq "Sion"un da yenidən Avroliqaya qaytarılacağı dəqiqdir.

Qeyd edək ki, UEFA-nın bu 3 ehtimallarından hansının qəbul ediləcəyi haqda Beynəlxalq İdman Təhkim Məhkəməsi (CAS) qərar verəcək.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord