Vaqif Sadıqov laqeydlikdən gileylənir

XƏBƏR 24 Mart 2009 / 12:42 2305
-  A +

“Hələ ki, işsizəm. Nə təklif var, nə də maraqlanan. Gedib öz dilimlə iş istəyən deyiləm ki”. Bu sözləri Qol.Az-a Azərbaycan millisinin sabiq baş məşqçisi, ölkənin ən tanınmış mütəxəssislərindən biri olan Vaqif Sadıqov deyib. Sadıqov eyni zamanda özünə qarşı olan laqeyd münasibətdən də gileylənib: “Deyirsiniz, ölkənin ən təcrübəli və güclü mütəxəssislərindən biriyəm. Görünür, sizin üçün güclü mütəxəssisəm də. Amma nə etmək olar? Ruhdan düşmək lazım deyil. Hər an işləməyə hazır olmaq lazımdır. Ağasəlim Mircavadov kimi məşqçinin dörd il işsiz qaldığı vaxt olub”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı