Rəşad Sadıqov: «Çətindir, amma Rusiya ilə oyundan uğurlu nəticəylə ayrıla bilərik»

XƏBƏR 24 Mart 2009 / 11:46 2532
-  A +

Türkiyənin «Kocaelispor» klubunün müdafiəçisi Rəşad Sadıqov bu gün yenidən milli komandamızın düşərgəsinə qatılıb. Qol.Az-ın müxbiriylə söhbətində R.Sadıqov milli komandanın düşərgəsinə qayıtmağından şad olduğunu söyləyib: «Millinin son iki təlim-məşq toplanışında iştirak edə bilməmişdim. Komandada ab-hava çox yaxşıdır».
R.Sadıqov martın 28-də Moskvada qarşılaşacaqları Rusiya millisinin çox güclü rəqib olduğunu bildirib: «Amma məşqçilərimiz onların oyunlarını izləyir və təhlil edirlər. Yəqin ki, onlar rəqibə qarşı artıq uyğun bir taktika müəyyənləşdiriblər. Ona görə də inanıram ki, Moskvadakı oyunda uğurlu nəticəylə ayrıla bilərik. Düzdü bu, çətin olacaq, amma biz var gücümüzlə çalışacağıq».


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord