Arşavin: "Azərbaycan və Lixtenşteynlə oyunlardan altı xal gözləyirəm"

XƏBƏR 24 Mart 2009 / 11:28 2375
-  A +

“Heç vaxt oyun ərəfəsində nəsə danışmağa dəyməz. Buna görə də, Azərbaycan millisi ilə matç haqda bir söz söyləmək istəmirəm”. Qol.Az-ın məlumatına görə, bu sözləri Rusiya milli komandasının futbolçusu Andrey Arşavin deyib. Martın 28-də Moskvada keçiriləcək dünya çempionatının seçmə oyununda Azərbaycanla qarşılaşacaq şimallıların hücumçusu qarşılaşma haqda fikirlərini açıqlayıb: “Əvvəlcədən nəticəni axtarmamaq daha yaxşıdır. Bütün azarkeşlər kimi mən də Azərbaycan və Lixtenşteynlə görüşlərdən altı xal gözləyirəm. Amma fərq ondadır ki, onlar bunun üçün heç nə etməyəcək, yalnız azarkeşliklə kifayətlənəcək. Amma mən bunun üçün çalışmalıyam”.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın