Foqts milli komandamızın start heyətini müəyyənləşdirib

XƏBƏR 24 Mart 2009 / 11:21 2266
-  A +

Martın 28-də Moskvada Rusiyaya qarşı keçiriləcək dünya çempionatının seçmə oyununa çıxacaq Azərbaycan milli komandasının start heyəti artıq bəllidir. Qol.Az-ın məlumatına görə, bu barədə bu gün Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts məlumat verib. Heyəti tam müəyyənləşdirdiyini deyən Berti Foqts bu barədə əlavə açıqlama vermək istəmədiyini söyləyib. Baş məşqçi yalnız onu deyib ki, Rusiya ilə oyunda qapını Fərhad Vəliyev qoruyacaq. Berti Foqts milli komandamızın bu oyuna yüz faiz hazır olduğunu deyib: «Komandanın düşərgəsində ab-hava çox gözəldir».
Alman mütəxəssis ötən həftənin sonları millinin futbolçularının çempionatdakı oyunlarını izlədiyini, onların pis təsir bağışlamadıqlarını söyləyib.
Berti Foqts Branimir Subaşiçin məşqlərdə özünü yaxşı tərəfdən göstərəcəyi halda onu start heyətinə buraxacağını söyləyib.

 


Son xəbərlər