"Çelsi"dən daha bir rekord transfer

"Çelsi"dən daha bir rekord transfer
DÜNYA FUTBOLU 16 Oktyabr 2011 / 02:39 3212
-  A +

İngiltərənin "Çelsi" klubu transfer siyasətində daha bir rekorda imza atıb.

Qol.Az-ın məlumatımna görə, London təmsilçisi İngiltərənin aşağı liqa komandası "Milton Keynes Dons"un 14 yaşlı futbolçusu Oluvaseyi Oyo ilə 1,5 milyon funt-sterlinq + 500 min avro qarşılığında müqavilə imzalayıb.

Gələcək vəd edən futbolçu ilə daha öncə "Mançester Yunayted", "Liverpul", "Arsenal" və "Mançester Siti" kimi klublar da maraqlansa da, "Çelsi" daha qəti addım ataraq Oyonu transfer etməyə müvəffəq olub.

"Çelsi"nin yeni transferi Oyo London klubuna keçidi haqda belə danışıb: "Ən bahalı gənc futbolçu olmaq üzərimdə təzyiqi bir qədər də artırır. Digər tərəfdən isə bu mənim üçün bir üstünlük olacaq. Mən də gələcəkdə Xavi, İniyesta və Fabreqas kimi futbolçu olmaq istəyirəm".

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın