Berti Foqts: «İlqar Qurbanov Türkiyədə ulduz ola bilər, amma burda heç kimdir»

Berti Foqts: «İlqar Qurbanov Türkiyədə ulduz ola bilər, amma burda heç kimdir»
ÖLKƏ FUTBOLU 24 Mart 2009 / 11:05 3283
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Türkiyənin «Boluspor» klubunun hücumçusu İlqar Qurbanov haqda sərt ittihamlar səsləndirib. Qol.Az-ın məlumatına görə, bu gün milli komandamızın məşqindən əvvəl jurnalistlərlə söhbətində B.Foqts bir neçə gün əvvəl millinin təlim-məşq toplanışına çağırılan İlqar Qurbanovun özünü qeyri-peşəkar apardığını vurğulayıb: «Biz oyunları təhlil edərkən o yatır. Min metri beş dəqiqəyə ancaq qaça bilir. Bu da olduqca çox pis göstəricidir. Çünki bu gün futbolçular 90 dəqiqə ərzində 12-14 kilometr qaçırlar. Mənim 63 yaşım var, bir kilometri ondan daha çox qaçıram. Mən Azərbaycan milli komandasında baş məşqçi işlədiyim müddətdə İlqar bir daha milli komandaya çağırılmayacaq. O Türkiyədə ulduz ola bilər, amma burda heç kimdir».

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı