Milli komandamız ilk məşqinə çıxdı

XƏBƏR 23 Mart 2009 / 20:55 2470
-  A +

Milli komandamız bu gündən etibarən Rusiyayla oyunöncəsi son hazırlıq prosesinə start verib. Qol.Az-ın məlumatına görə, komandamız bu gün “Şəfa” stadionunda ilk məşqinə çıxıb. Hazırlıq prosesi bir saatdan bir qədər çox davam edib. Sabah isə millimiz 2 məşqə çıxacaq. Səhər məşqinin əvvəlcədən saat 10-da başlayacağı bildirilsə də, millimizin baş məşqçisi Berti Foqts hazırlıq prosesinin vaxtını dəyişib. Məşq saat10:45-də başlanacaq və mətbuat nümayəndələri üçün açıq olacaq. Xatırladaq ki, milli komandamız səfərə ayın 26-da yollanacaq. Moskvada millimiz 2 məşq keçəcək.   

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı