Linkoln Türkiyəni tərk etdi

Linkoln Türkiyəni tərk etdi
DÜNYA FUTBOLU 23 Mart 2009 / 19:11 3254
-  A +

“Hamburq”a məğlub olaraq, UEFA kubokunda mübarizəni dayandıran “Qalatasaray”ın dünən də ölkə çempionatında “Eskişehirspor”a uduzması komanda daxili ab-havanı tam korlayıb. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, braziliyalı futbolçu Linkolnun son hərəkəti komandadakı gərginliyi son həddə çatdırıb. Braziliyalı futbolçu ölkəsinə getmək üçün rəhbərlikdən icazə istəsə də, mənfi cavab alıb. Buna baxmayaraq, Kassio Linkoln öz bildiyini edib. Braziliyalı pleymeyker əşyalarını toplayaraq, vətəninə yollanıb. “Qalatasaray”ın rəsmisi Adnan Sezgin məsələylə bağlı qısa açıqlama verib: “Linkoln bizdən icazə istedi. Amma biz ona icazə vermədik. Geri qayıtdığı zaman layiqli cəzasını alacaq”.  


Son xəbərlər