Vaqif Sadıqov: “Rəşad Sadıqov “Fənərbaxça”da da oynaya bilər, “Qalatasaray”da da”

XƏBƏR 23 Mart 2009 / 17:11 2782
-  A +

“Əgər Rəşad Sadıqovun başçılıq etdiyi “Kocaelispor” səfərdə “Qalatasaray”ı darmadağın edərək “Fənərbaxça”dan xal alırsa, deməli, Rəşad və eyni zamanda onun komanda yoldaşları “Qalatasaray”da da oynaya bilərlər, “Fənərbaxça”da da”. Bu sözləri Qol.Az-a Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vaqif Sadıqov məhşur türk futbolçusu Sərgən Yalçının Rəşad haqqında söylədiyi fikirlərə cavab olaraq bildirib: “Rəşadı uşaqlıqdan tanıyıram və o mənim gözlərimin önündə böyüyüb bu səviyyəyə çatıb. O, həm fiziki, həm də texniki cəhətdən çox güclü futbolçudur. Rəşadın texnikasının zəif olması fikri ilə də razı deyiləm. Əksinə mən düşünürəm ki, Sadıqov bu cəhətdən Azərbaycanda ən güclüdür. Bundan başqa, Rəşadın xasiyyəti, xarakteri də məğlubiyyətə yaddır. O, uduzmağı sevən futbolçu deyil. Meydançada sona qədər mübarizə aparır”.
Qeyd edək ki, Sərgən Yalçın bu yaxınlarda saytımıza verdiyi müsahibədə Rəşadın səviyyəsinin “Qalatasaray” və “Fənərbaxça” kimi klublarda oynamağa imkan vermədiyini demişdi.  


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı