Rıdvan Dilmən: “Mən eşşəyəm, “Trabzonspor?”

Rıdvan Dilmən: “Mən eşşəyəm, “Trabzonspor?”
DÜNYA FUTBOLU 13 Oktyabr 2011 / 12:20 3314
-  A +

Avro-2012-nin seçmə mərhələsinin Türkiyə - Azərbaycan oyununu canlı yayımda şərh edərkən, türklərin avrokuboklardakı yeganə təmsilçisi kimi “Beşiktaş”ın adını çəkən və bundan sonra “Trabzonspor”un tənqidləri ilə üzləşən Rıdvan Dilmən haqqında səslənən fikirlərə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, məsələylə Türkiyə radiolarından birinə açıqlama verən məşhur şərhçi əvvəlcə Qara dəniz təmsilçisi və azarkeşlərindən üzr istəyib. Daha sonra isə Dilmən onu qərəzlilikdə günahlandıran şəxslərə üzünü tutaraq, maraqlı ifadələr işlədib:

“Trabzonspor”un bəyanatına çox üzüldüm. Bu komandadan üzr istəyirəm. Əslində oyunun gedişi zamanı təkcə “Beşiktaş”ın adını çəkməyim ancaq fikirli olmağımın nəticəsidir və həmin anı xatırlamıram belə. Bu komandaya qarşı heç bir qərəzim yoxdur. Mən kiməm ki, “Trabzonspor”un qarşısına keçim. Mən eşşəyəm ki, belə bir məqsədim olsun?”

Qeyd edək ki, Dilmənin canlı efirdə yalnız “Beşiktaş”ın adını çəkib, “Trabzonspor”u qeyd etməməsi Qara dəniz klubunun kəskin etirazı ilə qarşılanmışdı.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı