"Azərbaycan millisi Bank Asya Liqasında ilk beşliyə düşə bilməz"

"Azərbaycan millisi Bank Asya Liqasında ilk beşliyə düşə bilməz"
DÜNYA FUTBOLU 12 Oktyabr 2011 / 15:43 4148
-  A +

Türkiyənin məşhur futbol şərhçisi Ərman Toroğlu dünən keçirilən Türkiyə - Azərbaycan matçını dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, Toroğlu "ay-ulduzlular"ın "play-off"a vəsiqə qazanmasına baxmayaraq, Türkiyə futbolunun eniş dövrünü yaşadığını bildirib:

Ərman Toroğlunun Türkiyə - Azərbaycan matçı haqda şərhini təqdim edirik:
 
"Türkiyənin öz meydanında belə oyun göstərməsi heç də normal deyil. Bunu əsasən rəqibimizə görə deyirəm. Məncə, Azərbaycan milli komandası Bank Asya Liqasında heç ilk beşliyə düşə bilməz. Bəs Türkiyə milli komandası Bank Asya Liqasında çempionluğa oynaya bilərmi? Oynayar.

Amma bizim futbolçular bu sözlərdən nəticə çıxaracaqlarmı? Bu heç də inandırıcı görünmür. Çünki Azərbaycanla oyundan sonra Hiddinklə qucaqlaşıb sevinirdilər. Oyuna gəldikdə isə rəqibin müdafiəsini mərkəzdən yarıb qol vura biləcək hücumçumuz çox azdır. Belə olan təqdirdə isə daha çox cinahlardan hücum etməli idik.

Vurduğumuz qol isə tamamilə "Trabzonspor"un üslubu oldu. Bir-birini yaxşı tanıyan iki futbolçunun paslaşması və Azərbaycanlı müdafiəçinin ayağının sürüşməsi qol vurmağımızda əsas rol oynadı.Bu epizoddan başqa təhlükəli hücumumuz oldumu? Olmadı. Bəs Azərbaycan millisinin hücumunu gördükmü? Görmədik. Qapıçımız hava bir az da soyuq olsaydı, xəstəxanaya aparılacaqdı.

Türkiyə millisini Hiddink yox, yerli mütəxəssis çalışdırsaydı, daha yaxşı olmazdımı? Birmənalı şəkildə deyirəm, belə yaxşı olardı. "Türk Telekom Arena"sının azarkeşləri mükəmməl olsa da, ot örtüyü bərbad idi. Dünən gecə azəri müdafiəçinin ayağı sürüşdü və biz qələbə qazandıq. Ancaq belə zəmində daha güclü komandalara qarşı oynasaq, bu dəfə bizim ayağımız sürüşəcək və biz məğlub olacağıq".


Son xəbərlər