Bukmeykerlər: Azərbaycan möcüzə sayəsində qələbə qazana bilər

XƏBƏR 23 Mart 2009 / 15:13 2416
-  A +

Martın 28-də milli komandamız Dünya çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Rusiya millisi ilə qarşılaşacaq. Qol.Az-ın məlumatına görə, məşhur “Marathonbet” kontoru bir neçə dəqiqə əvvəl oyunla bağlı əmsallarını açılayıb. Bukmeykerlər Rusiyanın millimizi asanlıqla məğlub edəcəyini düşünürlər. Rusların qələbə əmsalı 1,05-dir. Millimizin qələbə əmsalı isə 1-in 35-ə nisbətindədir. Bukmeyker həvəkarları çox gözəl bilirlər ki, bu cür böyük əmsallara yalnız nadir hallarda rast gəlmək mümkündür. Rusiya - Azərbaycan oyununda heç-heçəyə pul qoyuluşu isə 9 əmsalıyla göstərilib. Oyunda ikidən az qol vurulmasının əmsalı 2,5, 2-dən daha artıq qol vurulmasının əmsalı isə 1,48-dir.       

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı