Millimizin rəqibi aparıcı futbolçusunu itirdi

Millimizin rəqibi aparıcı futbolçusunu itirdi
DÜNYA FUTBOLU 23 Mart 2009 / 14:28 3200
-  A +

Azərbaycan milli komandasının DÇ-2010-un seçmə qrup mərhələsindəki rəqiblərindən olan Almaniya milli komandası ciddi itki ilə üzləşib. Qol.Az-ın “Kikker”ə istinadən verdiyi məlumata görə, Bundestimin və Bremenin “Verder” klubunun yarımmüdafiəçisi Torsten Frinqs UEFA kubokunun “Sent-Etyen” matçında ciddi zədə alaraq sıradan çıxıb. Pəncəsini zədələyən futbolçunun martın 28-də Lixtenşteynə, aprelin 1-də isə Uelsə qarşı oyunlarda meydançaya çıxmayacağı dəqiqləşib. Lakin Almaniya milli komandasının həkimlərinin verdiyi məlumata görə, yarımmüdafiəçi Azərbaycanla növbəti oyuna kimi sıraya dönəcək.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı