Ekspertlərdən futbol oyunlarının icmalı və təxmini

ETOPAZ 11 Oktyabr 2011 / 15:43 6699
-  A +

"Topaz"ın təqdim etdiyi kuponları keçmiş futbol şərhçisi Asif Bağırov və futbol icmalçısı Doktor Ziya hazırlayıb. 

Asif Bağırov: keçmiş futbol şərhçisi

“Selta Viqo” – “Valyadolid”

“Selta Viqo” – “Valyadolid” cütündə aşkar favorit yoxdur. Hər iki komanda vaxtilə Primeronun bərkinə-boşuna düşüb. İndi yaxşı günlərini yaşamayan bu komandaların budəfəki mübarizəsi İspaniya Kral Kuboku uğrunda turnirə təsadüf edəcək. Ona görə Selta meydan sahibi üstünlüyündən maksimum istifadə etməlidir.

Doctor Ziya - futbol icmalçısı

Türkiyə-Azərbaycan

Emosiyalara qovuşaraq azarkeşlər azı Azərbaycanın uduzmamağı haqqında düşünə bilərlər. Lakin türklərin öz şansını buraxacağını düşünmək - sadəlövhlükdür.
Onların baş məşqçisi Guus Hiddink uzun zamandır ki, intiqam almaq əhvalındadır. "Onun" Rusiya`sı (lazımsız oyun olsa da) Bakıda qalib ola bilmədi- 1:1, "onun" Türkiyə`si isə  Azərbaycan millilərinə məğlub olub – 0:1.
Foqts isə, tam tərsinə, məğlubiyyət yaşamağa razıdır kimi görsənir. Lakin bu məsələ digər mübahisə mövzusudur.
Hər iki komanda içində problemlər var. Türklərdə qapıçı Volkan olmayacaq – bəlkə də bu onlar üçün müsbət amildir.
Azərbaycanın son oyunlarında “ehtiyat skamyası əhli”nin bəzi üzvləri isə özlərini "əsas" heyətə layiq olduqlarını sübut etməyə çalışacaqlar.
Lakin real görünən odur ki, Türkiyə 1-2 qol fərqilə udacaq. Eyni zamanda qol/qol variantı da səmərəli görünür.






Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər