Almaniya - Belçika matçıyla bağlı sensasiyalı iddia

Almaniya - Belçika matçıyla bağlı sensasiyalı iddia
DÜNYA FUTBOLU 11 Oktyabr 2011 / 12:46 3585
-  A +

Türkiyədə Avropa çempionatının bu gün keçiriləcək Almaniya - Belçika matçıyla bağlı sensasiyalı iddia irəli sürülüb.

Qol.Az-ın internetspor.com saytına istinadən yaydığı xəbərə görə, futbol şəhrçisi Adnan Aybaba Almaniyanın Belçikaya bilərəkdən məğlub olacağını deyib.

A.Aybaba bu məlumatı Almaniya xüsusi xidmət orqanlarında çalışan dostları və futbol menecerliyi edən yaxınlarından aldığını söyləyib.

«Avropa Birliyinə Türkiyəni qəbul etmirlər, bizi sevmirlər. Hazırda Almaniyada irqçi nəsil yetişir və onlar türkləri qəbul etmirlər» - deyə A.Aybaba bildirib.

Futbol şərhçisi Əhməd Çakar isə bu iddiaları qəbul etməyib və Almaniyanın Belçikayla oyunda əlindən gələni edəcəyini söyləyib.

Qeyd edək ki, Belçika bu gün səfərdə Almaniyaya qalib gələrsə qrup ikincisi olaraq «pley-off»da oynamaq şansı qalacaq.

Əgər oyun almanların qələbəsiylə bitərsə, o zaman Türkiyəyə qrup ikincisi olması üçün Azərbaycanla oyunda bir xal da kifayət edir.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı