“Neftçi”nin sabiq futbolçusu ölümdən döndü

“Neftçi”nin sabiq futbolçusu ölümdən döndü
DÜNYA FUTBOLU 23 Mart 2009 / 13:03 3160
-  A +

“Ankaraspor” üzərində qazanılan son qələbə “Kocaelispor”un oyunçusu Levent Kartopa baha başa gələ bilərdi. “Neftçi”nin sabiq futbolçusu ölümdən dönüb. Qol.Az-ın “Özgür Kocaeli” qəzetinə istinadən verdiyi məlumata görə “Ankaraspor”la matçda Taner Güller komandasının 3-cü qoluna imza atdıqdan sonra ötürmənin müəllifi Akeemi kürəyinə alaraq sevincini bölüşüb. Bu zaman Kartop da onlara qoşulub. Ancaq “3-lüy”ün ani olaraq yerə yıxılması nəticəsində Levent altda qalıb və qabırğalarını möhkəm zədələyib. Ayaqa qalxdıqdan sonra oyuna davam edə bilməyən futbolçu birbaşa xəstəxanaya aparılıb. Qabırğalarında əzilmə olduğu təsdiqlənən Kartopa lazımı müayinələr göstərildikdən sonra o, yenidən stadiona qayıdıb və matçı sahə kənarından izləməyə davam edib. Oyunun səhəri günü isə Dənizliyə - ailəsinin yanına gedən Kartop başverənləri qısaca olaraq belə dəyərləndirib: “Allah verəcəksə, belə zədələr versin. Yetər ki, “Kocaelispor” üçün sevinərkən zədələnim”.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord