Milli komandamızın heyəti açıqlandı

ÖLKƏ FUTBOLU 23 Mart 2009 / 12:52 3114
-  A +

Milli komandamızın baş məşqçisi Berti Foqts qarşıdakı DÇ-2010-nun seçmə mərhələsi çərçivəsində martın 28-də səfərdə Rusiyaya qarşı keçiriləcək oyun üçün millimizin heyətini açıqlayıb. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, almaniyalı mütəxəssis 22 futbolçuya dəvət göndərib. Onlar arasında Zaur Tağızadə və İlqar Qurbanovun yoxluğu diqqət çəkir. Bundan başqa Aleksandr Çertoqanov, Tural Nərimanov və Tural Cəlilov da milliyə çağırılmayıb. Əvəzində gənc qapıçı Səlahət Ağayev milliyə cəlb olunub. Milli komandamızın tam heyəti isə aşağıdakı kimidir: 
Kamran Ağayev, Rahid Əmirquliyev, Rauf Mehdiyev, Mahir Şükürov, Aqil Nəbiyev, Leandro Melino Qomeş, Fərhad Vəliyev, Vaqif Cavadov, Səlahət Ağayev, Samir Abbasov, Elvin Məmmədov, Cavid Hüseynov, Saşa Yunisoğlu, Cəmşid Məhərrəmov, Fabio Luis Ramim, Branimir Subaşiç, Elmar Baxşıyev, Sergey Sokolov, Rəşad Sadıqov, Ernani Pereyra, Vüqar Nadirov, Rail Məlikov
                                                   ***
Milli komandamız bu gündən etibarən Rusiyayla oyunun son hazırlıq prosesinə start verəcək. İlk məşq bu gün saat 16:00-da olacaq. Sabah və birisigün isə millimiz daha 3 məşq keçəcək. Hazırlıq prosesləri "Şəfa" stadionunda olacaq. Sabah səhər saat 10:00-da baş tutacaq məşq prosesi mətbuat üçün açıq olacaq.  

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı