Berti Foqts: “Əhval-ruhiyyə əladır,

Berti Foqts: “Əhval-ruhiyyə əladır,
ÖLKƏ FUTBOLU 23 Mart 2009 / 12:48 2702
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun Rusiya ilə oyun öncəsi müsahibəsi

- Rusiya millisinin oyununu necə qiymətləndirərdiniz?
- Onların oyununu Avropa çempionatında görmüşük. Rusiya dünyanın ən güclü futbol millilərindən biridir. Bizi “Lujniki”də çox çətin oyun gözləyir.
- Azərbaycan millisi bu qarşılaşmada nəyə ümid edə bilər?
- Biz öz oyunumuzu oynayacağıq və çalışacağıq ki, bununla da rəqibə problem yaradaq. Futbolda hər şey mümkündür. Yaxşısı budur, proqnoz verməyək.
- Moskvanın soyuq havası sizi qorxutmur ki?
- Havanın kaprizlərindən qorxmuruq. Bu, hər iki komanda üçün eyni dərəcədə keçərlidir. Yəni, ruslar da eyni havada oynayacaqlar. Bu arada bizim futbolçularımız da şaxta altında kifayət qədər oyun keçiriblər. Bir sözlə, düşünürəm ki, soyuq hava oyunun gedişinə o qədər də təsir göstərməyəcək.
- Bəs, Quss Hiddinkin “Çelsi”nin baş məşqçi postuna getməsi və eyni anda iki komandada fəaliyyət göstərməsi Rusiya millisinin hazırlığına təsir göstərəcək?
- Bu haqda danışmaq istəmirəm. Hər məşqçinin öz iş sistemi və seçimi var və bu mənada həmkarlarımın işinə şərh vermək istəməzdim. Yalnız onu bilirəm ki Hiddink dünyanın ən güclü məşqçilərindən biridir və nəyi necə etməyi çox yaxşı bilir.
- Moskvaya necə uyğunlaşmaq fikrindəsiniz?
- “Lujniki”də matç öncəsi 2 məşq keçməyi planlaşdırırıq.
- Rusiyada xeyli azarbaycanlı yaşayır və işləyir. Necə düşünürsünüz, Rusiya ilə oyunda bunun sizə köməyi olacaq?
- Güman edirəm ki, onların bizə dəstəyi böyük olacaq və biz də çalışacağıq ki, onları peşman etməyək. Hazırda komandamızda şərait və əhval-ruhiyyə əladır. Qalır yalnız lazım olan oyunu göstərmək. Hətta ən güclü rəqibdən də xal almaq olar.

Mənbə: “Sport Ekspress”

 

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı