Rusiya-Azərbaycan oyununa 42 min bilet satılıb

XƏBƏR 23 Mart 2009 / 12:13 2316
-  A +

Bu həftənin şənbə günü Moskvanın “Lujniki” stadionunda DÇ-2010-un seçmə qrup oyunları çərçivəsində keçiriləcək Rusiya - Azərbaycan matçına böyük maraq var. Artıq oyun üçün satışa çıxarılan 60 min biletdən 42 mini satılıb. Qol.Az-ın məlumatına görə, bu sözləri “Sport-Ekspress”ə Rusiya Futbol İttifaqının mətbuat xidmətinin rəhbəri Andrey Malosolov deyib: “Bazar günü axşama olan məlumata görə, deyə bilərəm ki, Rusiya-Azərbaycan matçı üçün nəzərdə tutulan 60 min biletdən 42 mini artıq satılıb. “Ümumrusiya birləşmiş azarkeş qrupu” artıq 20 min bilet alıb. Bununla yanaşı, azərbaycanlı azarkeşlər də D tribunası üşün nəzərdə tutulan 6 min 500 bileti ələ keçiriblər. Bununla bərabər, xüsusi qonaqlar üçün də bilətlər nəzərdə tutulub ki, hələ mən onları demirəm. Bir sözlə, əgər bilet satışı bu tempdə davam etsə, o zaman şənbə günü “Lujniki”də tam anşlaqın olacağını əminliklə sözləyə bilərəm”.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı