"Azərbaycanı rahat keçib, “play-off”a qalacağınıza inanıram"

"Azərbaycanı rahat keçib, “play-off”a qalacağınıza inanıram"
DÜNYA FUTBOLU 9 Oktyabr 2011 / 15:15 2524
-  A +

“Türkiyə pis oynamadı. İlk 20 dəqiqədə hesabda önə çıxa bilərdiniz, alınmadı. Amma unutmayın ki, biz çox yaxşı oynadıq. Qələbəy inanmışdıq, nəticədə qalib gəldik”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Türkiyə üzərində qələbədən sonra (3:1) Almaniya millisinin baş məşqçisi Yoahim Löv deyib. Belçikaya da doğma meydanda eyni aqibəti yaşadacaqlarını söyləyən təcrübəli çalışdırıcı “ay-ulduzlular”ın millimizlə keçirəcəyi oyuna da toxunub:

“Söz verdiyim kimi, Belçika ilə oyunda da eyni məqsəd üçün çıxacağıq. Onları da udub seçmə mərhələni məğlubiyyətsiz başa vuracağıq. Sizin Azərbaycanı rahat keçib, “play-off”a qalacağınıza inanıram. Heyətinizdə Avropanın güclü klublarında top qovan futbolçular var. Bu amilin Türkiyəni final mərhələsinə daşıyacağına inanıram. Bütün səmimiyyətimlə türkləri final mərhələsində görmək istəyirəm”.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı