Roman Pavlyuçenko: "Azərbaycanla oyuna qeyri-ciddi yanaşmaq olmaz"

Roman Pavlyuçenko: "Azərbaycanla oyuna qeyri-ciddi yanaşmaq olmaz"
ÖLKƏ FUTBOLU 23 Mart 2009 / 11:37 2748
-  A +

“Azərbaycanla oyuna qeyri-ciddi yanaşmaq olmaz. Birmənalı şəkildə deyirəm ki, rəqib Moskvaya böyük motivasiya ilə gəlir”. Qol.Az-ın məlumatına görə bu sözləri DÇ-2010-un seçmə qrup mərhələsi çərçivəsində Azərbaycanla qarşılaşacaq Rusiya millisinin və “Tottenhem”in hücumçusu Roman Pavlyuçenko “Sport Ekspress” qəzetinə verdiyi açıqlamasında deyib. Buna baxmayaraq Pavlyuçenko komandasının qələbəsinə inanır: “Şəxsən mən oyunda maksimum gücümü sərf edəcəyəm. Təbii ki, biz evdə oynayırıq və bu səbəbdən də matçın favoritiyik. Əminəm ki, Rusiya millisi öz səviyyəsinə uyğun oynayacaq və qələbə qazanacaq”.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı