Milli komandamızın baş məşqçisi: “Layiqli qələbə qazandıq”

XƏBƏR 23 Mart 2009 / 11:18 2367
-  A +

“Finlandiya ilə oyunda komandamın oyunundan razı qaldım. Bu tarixi bir qələbədir. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm”. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu sözləri Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio da Silva deyib. Braziliyalı mütəxəssis yetirmələrinin verdiyi bütün tapşırıqlara əməl etdiyini söyləyib: “Portuqaliya yığması ilə oyun son dərəcə gərgin keçdi. Polşa millisi üzərində minimal hesablı qələbəmiz   arxayınçılığımızın nəticəsi oldu. Çünki biz rəqibə daha çox top fərqi ilə qalib gəlməliydik. Finlandiya millisinə qarşı bugünkü oyunumuz isə yüksək səviyyədə alındı. Futzalçılar tapşırıqlarıma lazımi səviyyədə əməl etdiklərindən layiq olduğumuz qələbəni qazandıq. Sevincimi azarkeşlərimizlə bölürəm”.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı