"Topaz"ın rekord uduşu təsdiqləndi

ETOPAZ 8 Oktyabr 2011 / 14:25 22181
-  A +

Populyar idman mərc oyunları Operatoru “Topaz”dan növbəti sürpriz 186.694 AZN olub!

Bu hadisə bir həftə əvvəl Mehdi Hüseyn küç., 69 ünvanında yerləşən ”Topaz” agentində baş verib. Ən təəccüblüsü odur ki, qalib cəmi 4 oyunun hər birində vurulacaq ümumi qolların sayının 7-dən çox olacağını düzgün proqnozlaşdırıb. 

Bu mərcin əmsalı təkcə Azərbaycanda deyil, həm də ötən 10 il ərzində Türkiyədə belə qeydə alınmamış  rekord rəqəmdir.

Təbii ki, bu uduş təkcə bizim ictimaiyyəti deyil, həm də 2 AZN yatırıb, bir dəfəyə varlanan qalibimizi də şoka salıb. Əlbəttə, təvazökarlıqdan uzaq olsa da, demək lazımdır ki, 186.694 AZN-lik uduşun sahibi yetərincə erudit futbol fanatıdır və 4 oyunun hamısının nəticəsini nəfis proqnozlaşdırırıb.

Hazırda qalib “Topaz”ın bank-tərəfdaşlarından biri olan “Bank of Azerbaijan”ın baş ofisində öz uduşunu artıq əldə edib. Çoxları ola bilsin ki, elə həmin bankda  depozit hesabı açmağa üstünlük versələr də, bir anda varlanan futbol fanatı pulları nəğd almağa üstünlük verdi.

Ümumi təəssüfümüzə baxmayaraq, küllü miqdarda pulun xoşbəxt sahibi təkcə mətbuata müsahibə verməkdən imtina etmədi, həm də Azərbaycanda ilk dəfə belə böyük uduşun qeydə alınmasını önəmli hadisə hesab edən “Topaz” rəhbərliyi ilə də görüşdən çəkindi.    

Onun rədd cavabının səbəbləri olduqca aydındır – bundan da az miqdarda pula görə baş verən cinayət hadisələri ilə kriminal xronikanın dolduğu bir vaxtda, əlində kifayət qədər böyük kapitalı olan birinin adını açıqlayaraq, özünə xüsusi maraq cəlb etmək istəməməsi anlaşılandır.

Bu hadisə cəmiyyətdə də bir-birinə zidd şaiyələrə səbəb oldu və insanları 2 cəbhəyə böldü: bəziləri bu uduşun baş verdiyinə ümumiyyətlə inanmır, digərləri isə qalibin yerinə ürəkdən sevinir.

Sözügedən hadisənin baş verdiyinin təsdiqi olaraq, redaksiya, oxucularının diqqətinə uduşun ödənilməsini təsdiqləyən bank sənədini təqdim edir.

Bizə isə qalib-rekordsmenə gələcəkdə uğurlar və qazandığı vəsaiti savadla xərcləməyi arzu etmək qalır!

"Topaz"






Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord