Millimiz Avropa çempionatının final mərhələsinə yüksəldi

XƏBƏR 22 Mart 2009 / 21:03 2540
-  A +

Portuqaliyada keçirilən futzal üzrə Avropa çempionatının seçmə mərhələsində milli komandamız sonuncu oyununu keçirib. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Finlandiyayla qarşılaşan millimiz rəqibini 5:1 hesabıyla məğlub edib. Komandamızın heyətində Jade, Tyaqu (2 dəfə), Tveryankin və Sejao fərqləniblər. Bununla da milli komandamız tarixində ilk dəfə olaraq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Xatırladaq ki, millimiz bundan əvvəlki oyunlarda Portuqaliyayla 3:3 bərabərə qalmış və Polşanı 4:3 hesabıyla məğlub etmişdi. Hazırda hesabında 7 xal olan millimiz qrupda liderdir. Əgər Portuqaliya millisi Polşanı daha böyükhesabla məğlub edəcəyi halda belə, millimiz yenə də Avropa çempionatına yüksələcək. Bu halda komandamız 4 ən yaxşı göstəriciyə malik ikinci yeri tutmuş komandalar sırasında yer alacaq. 
Xatırladaq ki, Avropa çempionatının final mərhələsi gələn il Macarıstanda təşkil olunacaq. Qitə birinciliyində meydan sahibləriylə yanaşı, daha 11 komanda mübarizə aparacaq.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord