İlqar Qurbanov bu həftə meydana çıxa biləcək

XƏBƏR 27 Noyabr 2008 / 12:00 3754
-  A +

Türkiyənin birinci liqasında çıxış edən «Boluspor»un azərbaycanlı futbolçusu İlqar Qurbanovun zədəsi tam sağalıb. Bu barədə «Boluspor»un baş məşqçisi Sərhat Güllər məlumat verib.

Qurbanov həftəsonu «Kartalspor»la oyunda iştirak edə biləcək.

«Hazırda komandamızda cəmi bir itki var. Tayfun cəzalı olduğu üçün bu həftə bizə kömək edə bilməyəcək. Qurbanov isə artıq zədəsini sağaldaraq, komanda ilə birlikdə məşqlərə başlayıb. O, oynamağa hazırdır. «Kartalspor»la oyunda komandaya kömək edə biləcək», - deyə Güllər bildirib.

Hesabında 21 xal olan «Kartalspor» hazırda turnir cədvəlinin 6-ci pilləsindədir.

«Boluspor» - «Kartalspor» oyunu bazar günü keçiriləcək.

«Boluspor» hazırda 18 xalla turnir cədvəlində 9-cu yeri tutur ("Trend").


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı