"Topaz"ın bugünkü matçlarla bağlı kuponları

ETOPAZ 7 Oktyabr 2011 / 12:50 22158
-  A +

"Topaz"ın təqdim etdiyi kuponları keçmiş futbol şərhçisi Asif Bağırov hazırlayıb. O hər biri 5 oyundan ibarət kupon təqdim edib.

Asif Bağırov: keçmiş futbol şərhçisi

Azərbaycan – Avstriya

Final mərhələsindən əlini üzmüş və perspektiv barədə düşünən Avstriya millisi, çox güman ki, Bakıda yeni oyunçuları sınaqdan keçirəcək. Belədə, rəqib futbolçular arasında oyundaşlığın olmaması xeyrimizə işləyər. Millimiz isə indiyə kimi seçmə mərhələlərdə bu cür uğurlu iştirak etməyib. Amma bu amil, oyunçularımızda özündənrazılıq yox, özünəəminlik yaratmalıdır.

Rumıniya – Belarus

Komandalar demək olar ki, play-off mərhələsinə vəsiqəni itirib. Bosniya-Hersoqovinanın bu gün Lüksemburqu rahatlıqla udacağı halda, hansı ki, şübhə doğurmur, Rumıniya – Belarus oyunu formal xarakter alır. Buna baxmayaraq Rumıniya millisini doğma publika önündə qələbə qazanmaqla seçmə mərhələdəki uğursuzluğu qismən unutdura bilər.

Türkiyə - Almaniya

Almaniyanın işləri həll olunub. Odur ki, Bundestim Türkiyəyə rahat gəlir. İntizamlı müdafiəsi ilə seçilən alman komandası və ələ düşmüş fürsətləri sağa-sola xərcləyən türk millisinin oyunu “alt” proqnozu ilə bitər. Almaniyanın kəskin əks-həmlələri var. Amma nəzərə almaq lazımdır ki, stadionun səs-küylü aurası fonunda qonaqlar əsasən qapının toxunulmazlığının qeydinə qalacaqlar.

 




Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı