Zirəddin Rzayev: «Rusiya - Azərbaycan oyununda 2 və 3 rəqəmlərini görürəm»

Zirəddin Rzayev: «Rusiya - Azərbaycan oyununda 2 və 3 rəqəmlərini görürəm»
ÖLKƏ FUTBOLU 22 Mart 2009 / 19:50 3832
-  A +

«Son zamanlar futbolumuza güclü sərmayələrin yatırıldığını bilirəm. Keyfiyyətli legioner futbolçular gətirilir. Amma mən yaxın 3-4 ildə Azərbaycan futbolunda heç bir uğur görmürəm». Bu eksklüziv açıqlamanı Qol.Az-a hazırda Moskva şəhərində olan tanınmış azərbaycanlı ekstrasens Zirəddin Rzayev söyləyib. Özünün futbolla maraqlanmadığını, bu idman növünü heç sevmədiyini söyləyən Z.Rzayev nə futbol klublarını, nə də futbolçuları tanıdığını deyib: «İdman növlərindən yalnız fiqurlu konkisürməni bəyənirəm».
Z.Rzayev bu yaxınlarda Azərbaycan diasporunun onu martın 28-də Moskvanın «Lujniki» stadionunda keçiriləcək dünya çempionatının Rusiya - Azərbaycan seçmə matçına dəvət etdiyini söyləyib: «Amma hələ bu matça gedib-getməyəcəyimi dəqiq bilmirəm».
Z.Rzayev bu oyunun milli komandamız üçün çox ağır keçəcəyini bildirib: «Oyun haqqında tam transa düşə bilməsəm də, 3 və 2 rəqəmlərini görürəm».
«Son zamanlar bukmeyker kontorlarında oyunların pul qoyuluşuna maraq həddindən artıq artıb. Siz necə, bunlarda iştirak edirsiniz? Oyunların nəticələrini qabaqcadan görə bilirsinizmi?». Müxbirimizin bu sualını Z.Rzayev belə cavablandırıb: «Xeyr, mən bu cür oyunlarda iştirak etmirəm və elə bir qabiliyyətim də yoxdur. Bakıda “El içində” verilişində oldum və bu tipli suallar orda da mənə ünvanlandı. Deyirlər ki, əgər belə görə bilirsənsə, get qızıl tap. Bu cür sualları eşidəndə çox təəssüflənirəm və bildirmək istəyirəm ki, mən falabaxan deyiləm».

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı