Ramiz Məmmədov: “Futbolçulardan tam razı qaldım”

XƏBƏR 22 Mart 2009 / 18:02 2395
-  A +

“Oyundan əvvəl də qarşılaşmanın çətin keçəcəyini bilirdik. “Karvan” gözlədiyimiz kimi bizə ciddi müqavimət göstərdi”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Karvan”la oyunsonrası mətbuat konfransında “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov deyib. O bildirib ki, yetirmələri verdiyi tapşırıqları tam yerinə yetirib: “Hesab arasındakı fərq böyük olsa da, oyun çox gərgin keçdi. Uşaqlardan razı qaldım. Onlar verdiyim bütün tapşırıqları yerinə yetirdilər ki, buna görə də onlara təşəkkür edirəm. İndi diqqətimizi qarşıdakı oyunlara yönəldəcəyik”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı