“Qalatasaray”da təmizləmə “əməliyyatı”ı başlayır

“Qalatasaray”da təmizləmə “əməliyyatı”ı başlayır
DÜNYA FUTBOLU 22 Mart 2009 / 15:38 3152
-  A +

“Hamburq”a gözlənilməz məğlubiyyətdən sonra UEFA kubokunda mübarizəni dayandıran “Qalatasaray” artıq yeni mövsümün planlarını cızır. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “sarı-qırmızılılar”ın mövsümün sonunda vidalaşacağı futbolçuların siyahısı məlum olub. Rəhbərlik Nonda, Linderot, De Sanktis, Ümit Karan, Linkoln, Serkan Çalık və Hasan Şaşla yollarını ayırmaq istəyir.
“Sevilya”dan icarəyə götürülən De Sanktis və Linkoln komandanın aparıcı üzvləri olsalar da, rəhbərlik onlarla yeni müqavilə imzalamaq fikrindən uzaqdır. Əsas səbəblərdən də biri hər iki futbolçunun əmək haqqısının yüksək olmasıdır. İsveçli Linderot iki mövsümdür komandanın heyətində olsa da, ümumilikdə heç 20 matçda forma geyməyib. Nonda ilə müqavilə bir müddət əvvəl 2011-ci ilə qədər
uzadılsa da, konqolu hücumçunun ikinci dövrədə olduqca zəif təsir bağışlaması, rəhbərliyin fikrini dəyişib. “Köhnə qvardiya”dan qalan Ümit Karan və Hasan Şaş da klubdan gedəcək. Hər iki futbolçunun müaviləsi mövsümün sonunda başa çatır. İkincinin xüsusən də “Hmaburq”la qarşılaşmada olduqca zəif təsir bağışlaması, rəhbərliyin səbr kasasını daşırıb. Klubdan ayrılacaq futbolçuların təxmini siyahısı məlum olsa da, heyətə cəlb olunacaq yeni oyunçuların kimliyi hələ məlum deyil. Klub rəhbərliyi ən azı bir səviyyəli forvard, oyun qurucusu, qapıçı və iki mərkəz müdafiəçisi transfer etməyi planlaşdırır.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı