Hakan Şükür Rəşad Sadıqovu təriflədi

Hakan Şükür Rəşad Sadıqovu təriflədi
ÖLKƏ FUTBOLU 22 Mart 2009 / 13:15 2748
-  A +

“Son oyunlarda “Kocaelispor” çox gözəl təsir bağışlayır. Komanda superliqada yerini qorumaq üçün çox bəyük səy göstərir”. Qol.Az-ın məlumatına görə, bu sözləri Türkiyənini TRT kanalında şərhçilik edən “Qalatasaray”ın və Türkiyə milli komandasının keçmiş üzvü Hakan Şükür deyib. Ötənlərin məşhur hücumçusu “Kocaelispor”da oynayan həmyerlimiz, milli komandamızın kapitanı Rəşad Sadıqovun çıxışına da toxunub: “Kocaeslipor”un heyətində Taner Gülərlə yanaşı komandanın müdafiəçisi Rəşad Sadıqovun da gözəl oyununu qeyd etmək istərdim. Azəri futbolçu çox güclü arxa xətt oyunçusudur. O qısa zaman kəsiyində komandasının aparıcı üzvlərindən birinə çevrilib. “Fənərbaxça”ya qarşı keçirilən matçda xüsusilə xoş təsir bağışladı”.  

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın