“Kocaelispor”un baş məşqçisi: “3 xala layiq idik”

XƏBƏR 22 Mart 2009 / 12:31 2433
-  A +

“Fikrimcə, “Ankaraspor”la oyunda futbolun bütün gözəlliklərini meydanda əks etdirdik. Qələbəyə layiq idik. 3 xall bizim haqqımızdır. Buna görə futbolçularımın alınlarından öpürəm”. Qol.Az-ın “Kocaelispor”un rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu sözləri “Ankarasapor”la matçdan sonra klubun baş məşqçisi Erhan Altın deyib. “Kocaelispor”un çalışdırıcısı superliqada qalmağa layiq olduqlarını bildirib: “Superliqada qalmaq uğrunda mübarizəmizi bu ana qədər davam etdirdik, bunda sonra da davam etdirəcəyik. Həmişə demişəm, indi də deyirəm - “Kocaelispor” çempionata yaraşır. Düzdür, ilk hissəylə müqayisədə fasilədən sonra bir qədər zəif oynadıq. Amma vacib olan 3 xalı qazandıq”.

 


Son xəbərlər