Hiddink millimizlə oyunöncəsi məyus oldu

XƏBƏR 22 Mart 2009 / 11:44 2272
-  A +

Martın 28-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində millimizlə qarşılaşacaq Rusiya milli komandasının baş məşqçisi Qus Hiddink oyunöncəsi məyus olub. Qol.Az-ın İngiltərə mətbuatına istinadən verdiyi məlumata görə, Hiddinkin çalışdırdığı “Çelsi” İngiltərə premyer-liqasının 30-cu turunda səfərdə “Tottenhem”ə 0:1 hesabıyla məğlub olub. Bu Hiddinkin “Çelsi”nin baş məşqçi postundakı ilk yenilgisidir. Hollandiyalı mütəxəssis bu haqda deyib: “Əlbəttə məğlub olduğumuza görə çox məyusam. Çünki qələbə qazanacağımız halda lider “Mançester Yunayted”lə xal fərqimizi azaldacağdıq. Lakin təəssüf alınmadı”.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı