«Rubin» «Birlik kuboku»nda əsas heyətlə iştirak etməyəcək

XƏBƏR 27 Noyabr 2008 / 11:19 3519
-  A +

Rusiya çempionu «Rubin» Moskvada keçiriləcək MDB və Baltikyanı ölkələrin «Birlik kuboku»nda əvəzedici heyətlə çıxış edəcək. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Kazan klubunun əsas heyəti yanvarın sonu, fevralın əvvəlində İspaniyanın Marbeliya şəhərində təlim-məşq toplanışı keçəcəklər. «Rubin»in gənclərdən ibarət komandasının baş məşqçisi Yuri Utkulbayev yarışa ciddi münasibət göstərdiklərini deyib: «Yarışda uğurla çıxış etməyə çalışacağıq. Hələ ki, «Birlik kuboku»na yollanacaq heyət məlum deyil. Ötən mövsüm sərəncamında olan futbolçulardan cəmi 13-ü qalıb». «Rubin»ə qızıl medal qazandırmış Qurban Berdiyev isə yarışın süni örtüklü meydançada keçirilməsini mənfi hal kimi qiymətləndirib: «Birlik kuboku» süni örtüklü meydançada keçirilir. Zədədən yenicə dönmüş bir çox futbolçularımız orada oynaya bilməzlər. Həkimlər icazə vermirlər». 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı