Marsel Köller: "Azərbaycanla oyun gərgin keçəcək"

Marsel Köller: "Azərbaycanla oyun gərgin keçəcək"
DÜNYA FUTBOLU 5 Oktyabr 2011 / 02:09 2260
-  A +

AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də Bakıda millimizin qonağı olacaq Avstriya yığmasına yeni baş məşqçi təyin olunan Marsel Köller qarşıdakı oyunla bağlı fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, ilk öncə Avstriya millisi haqda danışan 51 yaşlı mütəxəssis daha sonra komandasının seçmə mərhələdəki çıxışını dəyərləndirib:

"Avstriya millisi yaxşı futbol oynayır. Bu komandanın heyətində gənc və istedadlı futbolçular var. Bu oyunçularla uğur qazanacağıma inanıram. Çünki mən qələbə qazanmağı sevən bir məşqçiyəm.

Seçmə mərhələyə gəldikdə isə düşünürəm ki, Avstriya millisinin uğuruna xırda detallar mane olub. Onlar öz şanslarından yararlana bilməyiblər və hazırda 4-cü pillədə qərarlaşıblar.

Qarşıda isə bizi iki çətin oyun gözləyir. İstər Azərbaycan, istərsə də Qazaxıstanla görüşlərimiz səfərdə olduğundan oyunların gərgin keçəcəyini söyləyə bilərəm. Lakin Avstriya millisi mənim rəhbərliyim altında gələcəkdə daha yaxşı çıxış edəcək".


Son xəbərlər