Okan Buruk: "Azərbaycanla oyun çox önəmlidir"

Okan Buruk: "Azərbaycanla oyun çox önəmlidir"
DÜNYA FUTBOLU 5 Oktyabr 2011 / 01:30 2346
-  A +

"Almaniya və Azərbaycanla oyunlar bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Hər iki oyundan maksimum nəticə ilə ayrılmalıyıq".

Qol.Az-ın məlumatına görə, bu sözləri Türkiyə milli komandasının koordinatoru Okan Buruk deyib.

Okan daha sonra futbolçuların aylardır Almaniya matçını gözlədiyini bildirib: "Ölkə xaricində oynayan futbolçular, xüsusilə də Bundesliqada top qovan oyunçularımız aylardır ki, Almaniya ilə matçı səbirsizliklə gözləyir.

Bu, oyuna olan marağı daha da artırır. Qrupda heç məğlub olmayan komandaya qalib gəlmək fərqli hisslər yaşadacaq. Bütün futbolçular bu oyuna kökləniblər. Ancaq Azərbaycanla oyun da çox önəmlidir. İnanıram ki, hər iki oyundan istədiyimiz nəticə ilə ayrılacağıq". 


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"