İvanşits: "Azərbaycanla oyun bu dəfə fərqli olacaq"

İvanşits: "Azərbaycanla oyun bu dəfə fərqli olacaq"
DÜNYA FUTBOLU 3 Oktyabr 2011 / 18:26 2656
-  A +

"Uzun müddətli zədədən sonra özümü yaxşı hiss edirəm və tezliklə əvvəlki formamı bərpa etməyə çalışıram. Azərbaycan və Qazaxıstana qarşı oyunlarda özümü yaxşı tərəfdən göstərəcəyimə inanıram".

Qol.Az-ın məlumatına görə, bu sözləri AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də Bakıda millimizin qonağı olacaq Avstriya yığmasının yarımmüdafiəçisi Andreas İvanşits deyib.

DÇ-2006-nın seçmə mərhələsi çərçivəsində 2005-ci il sentyabrın 7-də Bakıda keçirilən Azərbaycan - Avstriya (0:0) matçının da iştirakçısı olmuş İvanşits qarşıdakı oyunla bağlı fikirlərini bölüşüb:

"Bakıda 6 il öncə də oynamışdım. Həmin vaxt hesab açılmamışdı. Lakin düşünürəm ki, bu dəfə tam fərqli oyun olacaq. Bildiyimə görə, oyun yeni istifadəyə verilən "Dalğa Arena"da keçiriləcək.

Əlbəttə, bu matç təbii ot örtüklü meydançada olsaydı, daha yaxşı olardı. Ancaq stadionun qazonunun süni örtüklü olması da bizim oyunumuza təsir etməyəcək. Çünki millinin heyətində kifayət qədər təcrübəli və texnikalı futbolçular var. 

Üstəlik bu oyuna hazırlaşmaq üçün kifayət qədər vaxtımız olacaq. Seçmə mərhələni yüksək-əhval ruhiyyə ilə başa vurmaq istəyirik. İnanıram ki, hər iki oyundan sərfəli nəticə ilə ayrılacağıq".


Son xəbərlər