“Topaz”da fantastik uduş: 2 manat qoyub, 186 min manat qazandı

“Topaz”da fantastik uduş: 2 manat qoyub, 186 min manat qazandı
ETOPAZ 3 Oktyabr 2011 / 14:52 11255
-  A +

Azərbaycanda indiyə kimi nəinki “Topaz”, o cümlədən, 9 illik analoji fəaliyyəti ərzində Türkiyənin “İddaa” markasında belə rast gəlinməyən uduş qeydə alınıb.

“Topaz” oyunçusu olan Bakı şəhəri, Mehdi Hüseyn küçəsi, 69, mən, 3 ünvanında yerləşən “Topaz” dilerində, 4 matça “Qol Cəmi” oyununun 7+ əmsallarına cəmi 2 manat pul yatırmaqla, 93.347 əmsal toplayaraq, tam 186.694 manat qazanıb və bununla da rekorda imza atıb!

Bu haqda Qol.Az-a «Azerinteltek» şirkətindən bildirilib.

186.694 manatı qazanan şəxsin kimliyi haqda ətraflı məlumat veriləcək.

Qeyd edək ki, bu iştirakçı 4 matça - «İnqolştadt» - «Bohum» (19.00 əmsal), «Paskara» - «Albinoleffe» (17.00 əmsal), «Breydablik» - «Styarman» (17.00 əmsal) və «Filkir» - «Hafnarfyordur» (17.00 əmsal) oyunlarına pul qoyuluşu edib.




Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı