İqor Ponomaryov: “Komandada arxayınçılıq var idi”

XƏBƏR 21 Mart 2009 / 18:12 2307
-  A +

“Komanda bu günkü oyuna tam motivsayi olmamışdı. Rəqibin autsayderlər qrupunda qərarlaşması onlarda bir qədər arxayınçılıq yaratmışdı”. Qol.Az-ın məlumatına görə, bu sözləri MOİK-lə oyunsonrası mətbuat konfransında “Xəzər-Lənkəran”ın baş məşqçisi İqor Ponomaryov deyib. İ.Ponomaryov rəqibin xoş təsir bağışladığını vurğulayıb: “Heyətdə muəyyən dəyişikliklər etmişdim. Bəzi oyunçulara şans vermişdim. Ümumi götürdükdə, komanda pis təsir bağışlamadı. Əsas olan 3 xal idi ki, onu da qazandıq. MOİK yaxşı təsir bağışladı. Bacardıqları qədər bizə müqavimət göstərdilər”.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki