Böyükağa Ağayev: “Bu oyun bizim üçün böyük əhəmiyyət daşıyırdı”

XƏBƏR 21 Mart 2009 / 18:05 2283
-  A +

“Turan”la oyunda xal itirdiyimizdən, bugünkü qarşılaşma böyük önəm daşıyırdı. Meydana yalnız qələbə üçün çıxmışdıq. Sevinirəm ki, istəyimizə çata bildik”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Muğan”la oyunsonrası mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Böyükağa Ağayev deyib. B.Ağayev meydanın vəziyyətindən gileylənib: “Qazon arzuolunmaz səviyyədədir. Buna görə də bir qədər çətinlik çəkdik. Bununla belə vacib olan 3 xalı 3 qolla qazandıq ki, bu da məni sevindirir”.  


Son xəbərlər