Valentin Xodukin nəyə görə utandı?

XƏBƏR 21 Mart 2009 / 17:47 2435
-  A +

“Bugünkü oyundan çox narazı qaldım. Yeganə sevindirici məqam odur ki, səfərdən qələbəylə qayıdırıq”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Turan”la oyunsonrası mətbuat konfransında “İnter”in baş məşqçisi Valentin Xodukin deyib. Ukraynalı məşqçi meydanın vəziyyətindən şikayətlənib: “Oyunun çətin keçəcəyini bilirdik. Çünki rəqib evdə çox gözəl təsir bağışlayır. Amma onu da deyim ki, stadionun ot örtüyü bu gün istədiyimiz oyunu sərgiləməyə imkan vermədi. Çünki meydan bərbad vəziyyətdə idi. Buna görə çox utandım. Çünki komandamızın heyətində müxtəlif ölkələrdən futbolçular çıxış edir. Onlar bu cür ot örtüyünü görəndə xeyli təəcübləndilər”.    

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı